“Abşeron Lions” amerikalı oyunçunun müqavilə müddətini uzadıb
12.08.2025 - 11:38
“Abşeron Lions” amerikalı oyunçunun müqavilə müddətini uzadıb

“Abşeron Lions” basketbolçusu Ceylen Şounun müqavilə müddətini uzadıb.

Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Amerikalı hücumçu ilə bir illik sözləşmə imzalanıb.

Qeyd edək ki, ölkəsində Klayton Universitetinin məzunu olan Şou “Abşeron Lions”a qoşulmazdan öncə Avstriyada "Rayffayzen Qraz" klubunun şərəfini qoruyub.