“Abşeron” - NTD matçı təxirə salınıb
10.04.2025 - 19:52
“Abşeron” - NTD matçı təxirə salınıb

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) keçirilməli olan "Abşeron" - NTD oyunu təxirə salınıb.

Apasport.az xəbər verir ki, pley-in mərhələsinin ilk matçı Abşeron Olimpiya İdman Kompleksinin tavanında yaranmış texniki problem üzündən keçirilməyib.

Qarşılaşma sabah saat 16:00-da start götürəcək.