“Abşeron” yoxlama matçında məğlub olub
12.10.2024 - 19:29
“Abşeron” yoxlama matçında məğlub olub

"Abşeron" basketbol klubu daha bir yoxlama matçı keçirib.

Apasport.az xəbər verir ki, komanda "Ordu" ilə qarşılaşıb.

Görüş "Ordu"nun qələbəsi ilə nəticələnib - 77:83.

Qeyd edək ki, "Abşeron" bunadək daha iki yoxlama matçı keçirib. Komanda "Naxçıvan" və "Gəncə" üzərində qələbə qazanıb.

0