"Abşeron"dan növbəti transfer
22.10.2024 - 13:19
"Abşeron"dan növbəti transfer

“Abşeron” yeni basketbolçu ilə anlaşıb.

Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.

Yarımada təmsilçisi 19 yaşlı gənc basketbolçu Ömər Əlizadəni heyətinə qatıb.

188 sm boya malik basketbolçu oyunqurucusu mövqeyində çıxış edir. O, buna qədər Türkiyədə "Emlak Konut", "Nova" və "Haznedar Doruk" komandalarında oynayıb.

0