“Abşeron”un baş məşqçisi: “Rahat xallar qazandıq”
13.12.2024 - 19:28
“Abşeron”un baş məşqçisi: “Rahat xallar qazandıq”

"Əslində, bu oyundan öncəki "Neftçi" matçı nə etməli, necə oynamalı olduğumuzu göstərmişdi. Bu gün həmin qarşılaşmadakı kimi başlaya bilməsək də, sonradan hər şey istəyimizə uyğun ssenaridə davam etdi".

Apasport.az xəbər verir ki, bunu “Abşeron”un baş məşqçisi Erhan Toker klubun mətbuat xidmətinə açıqlamasında deyib.

O, ABL-in VI turunun NTD-ni 89:75 hesabı ilə məğlub etdikləri oyununu şərh edib: “Matça yaxşı start vermədik. Müdafiədə xüsusilə yaxşı oynamırdıq. İkinci və üçüncü periodda istədiklərimizin hər birini reallaşdıra bildik. Bura yaxşı müdafiə olunmaq, oyunçular arasında top paylanması və sair daxildir. Bunlar öz qaydasına düşdükcə, daha rahat xallar qazandıq. Bu şəkildə davam edə bilsək, növbəti oyunlarda da yaxşı olacaq. Təbii ki, bu basketboldur və burada oyunçunun günlük performansı əsas məqamlardandır”.

Qeyd edək ki, bu qələbədən sonra “Abşeron” 9 xalla A qrupunda üçüncü yerdə qərarlaşıb.

0