
"Rəqib Calen Şounun yoxluğunda səbət altında çox effektiv oynadı".
Apasport.az xəbər verir ki, bunu "Abşeron" basketbol klubunun baş məşqçisi Erhan Toker deyib.
O, Azərbaycan Basketbol Liqasının XVI turunda NTD-yə 85:98 hesablı məğlubiyyəti şərh edib:
"Bəzi anlarda yaxşı çıxış etsək də, ümumi olaraq çox yaxşı müdafiə oluna bilmədik. Xüsusilə orta məsafədən rəqib çox xal topladı. Nəticə olaraq mərkəz baketbolçumuzun olmaması təsirini göstərdi. Ömər Yavaş, Vilyam o zonada yetərli qədər yaxşı oynaya bilmədilər. Bundan sonra oyunumuzu təkminləşdirə biləcəyik ya yox bunu zaman göstərəcək".
Qeyd edək ki, "Abşeron" mövsümdə 10-cu dəfə uduzub.