
“Anadolu Efes” – “Fənərbaxça” matçının hakimləri mövsümün sonunadək cəzalandırılıb.
Apasport.az saytının məlumatına görə, Türkiyə Basketbol Federasiyası Aytuğ Ekti, Zafer Yılmaz ve Serdar Ünal haqqında belə qərar çıxarıb.
Yarımfinal seriyasının üçüncü matçında hakimlər “Anadolu Efes”in lehinə bir çox qərarlar veriblər. “Fənərbaxça” oyundan dərhal sonra buna etiraz edib. Komandanın baş məşqçisi Dimitris İtudis mətbuat konfransına noutbukla gələrək, şübhəli vəziyyətləri ictimaiyyətin diqqətinə çatdırıb.
Fderasiyanın vitse-prezidenti Kamal Dinçer hakimlərin son perioddakı qərarlarının oyunu nəticəsinə təsir etdiyini etiraf edib. O, bundan sonra mübarizənin meydanda həll olunacağına ümid etdiyini bildirib.
Qeyd edək ki, bu qələbə sayəsində “Anadolu Efes” seriyada 2:1 önə keçib.
- Dünya Kubokunun seçmə mərhələ oyunları Bakıda baş tutacaq
- “Sabah”ın baş məşqçisi: “Bizim kimi rəqib də hər oyuna qələbə üçün çıxır”
- “Neftçi”nin baş məşqçisi: “Komandamın belə oyunun gördükdə çox sevinirəm”
- ABL: “Neftçi” seriyada hesabı bərabərləşdirdi
- ABL: "Neftçi" yenidən "Sabah"la qarşılaşacaq - YENİLƏNİR