Avropa Kuboku: “Sabah” 3-cü matçında da məğlub oldu
23.10.2024 - 21:24
Avropa Kuboku: “Sabah” 3-cü matçında da məğlub oldu

"Sabah"ın basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxıb.

Apasport.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv İsveçin "Nörrçöppinq Dolfins" klubunu qəbul edib.

Təmsilçimiz bu dəfə 70:74 hesabı ilə uduzub.

Qeyd edək ki, "Sabah" daha əvvəl G qrupunda "Spiru"ya (Belçika) səfərdə 81:82, "Marussi"yə (Yunanıstan) isə doğma meydanda 70:82 hesabı ilə məğlub olub.

Avropa kuboku
III tur, G qrupu
23 oktyabr
19:00. “Sabah” (Azərbaycan) – “Nörçöppinq” (İsveç) - 70:74 (16:17, 24:18, 14:24, 16:17)
Hakimlər: 
Karsten Straube (Almaniya), Petr Hruşa (Çexiya), Ali Sakaçı (Türkiyə)
Bakı İdman Sarayı

0