Azərbaycan çempionatının oyunları 1 dəqiqəlik sükutla başlayacaq
25.12.2024 - 17:17
Azərbaycan Basketbol Liqasının IX turunda bu gün keçiriləcək oyunlar bir dəqiqəlik sükutla başlayacaq.
Apasport.az-ın məlumatına görə, qərar bu gün baş vermiş təyyarə qəzasında həyatını itirənlərin xatirəsini anmaq məqsədilə qəbul edilib.
Oyunlar zamanı musiqi səsləndirilməyəcək. Həmçinin rəqs nümayişləri təşkil olunmayacaq.
Xatırladaq ki, “Sərhədçi” İdman Mərkəzində keçiriləcək matçlarda “Ordu” “Lənkəran”la, “Neftçi” isə “Sərhədçi” ilə qarşılaşacaq.
0
0