Azərbaycan Kuboku: “Naxçıvan” yarımfinalda
11.03.2025 - 20:54
Azərbaycan Kuboku: “Naxçıvan” yarımfinalda

Basketbol üzrə Azərbaycan Kubokunda daha bir yarımfinalçı bəlli olub.

Apasport.az xəbər verir ki, 1/4 finalda "Abşeron" "Naxçıvan"la qarşılaşıb.

Görüş qərblilərin 102:60 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə "Naxçıvan" yarımfinala yüksəlib.

Günün ilk 1/4 final oyununda isə NTD "Şəki" kollektivini 71:66 hesabı ilə üstələyərək mübarizədən kənarlaşdırıb.

Qeyd edək ki, 1/4 finalın digər iki matçı sabah keçiriləcək.