Azərbaycan Kuboku: “Neftçi” 1/4 finalda
13.01.2026 - 21:41
Basketbol üzrə Azərbaycan Kubokunda mövsümə start verilib.
Apasport.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk oyununda "Neftçi" "Lənkəran"la üz-üzə gəlib.
Bakı İdman Sarayında baş tutan matçda "ağ-qaralar" rəqibini 86:54 hesabı ilə məğlub edib və növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, "Neftçi"nin növbəti raunddakı rəqibi "Gəncə" komandası olacaq.
0
0