Azərbaycan Kuboku: NTD 1/4 finalda!
28.01.2025 - 16:12

Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilib.
Apasport.az xəbər verir ki, günün ilk oyununda "Lənkəran" NTD-ni qəbul edib.
Qarşılaşma paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 87:73. Beləliklə, NTD 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, bu gün "Abşeron" - "Quba" görüşü 19:00-da start götürəcək.
0
0