Azərbaycan millisi finalda
07.09.2025 - 19:49
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda finala vəsiqə qazanıb.
Apasport.az xəbər verir ki, yığma yarımfinalda İspaniya ilə üz-üzə gəlib.
Komandamız rəqibini 21:17 hesabı ilə məğlub edib. Finalda Azərbaycanın rəqibi Niderland yığması olacaq.
Qeyd edək ki, yığmamız tarixində ilk dəfə olaraq Avropa Kubolunun finalına vəsiqə qazanır.
Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14), 1/4 finalda Polşanı (16:13) üstələyib.
- Millimiz Lüksemburqla qarşılaşacaq
- Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
- Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı
0
0