Azərbaycan yığmasında amerikalı basketbolçu
24.08.2023 - 20:43
Kişi basketbolçulardan ibarət Azərbaycan yığmasına yeni legioner cəlb olunub.
Apasport.az saytının məlumatına görə, amerikalı Dont Holl milliləşdirilib.
Mərkəz oyunçusu 2021-ci ildən “Monako”da çıxış edir. Ötən mövsümün sonunda NBA-dan “Memfis” və “Portlend”, Avropadan isə “Partizan”dan təklif alan 26 yaşlı basketbolçu komandasını dəyişməyib. Holl Avroliqada keçirdiyi 41 oyunda orta hesabla 7,5 xal, 5,5 götürmə nəticə göstərib.
Qeyd edək ki, amerikalı basketbolçu 2023-ci ildə “Monako”nun heyətdinə Fransa çempionu və kubokunu qazanıb.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0