“Fənər” addım-addım çempionluğa
23.06.2025 - 23:58

Türkiyə Basketbol Liqasının final mərhələsi davam edir.
Apasport.az xəbər verir ki, "Fənərbaxça Beko" səfərdə "Beşiktaş"la üz-üzə gəlib.
Qonaqlar rəqibini 91:87 hesabı ilə məğlub etməyi bacarıb.
Bu qələbə ilə “sarı-lacivərdlilər” seriyada hesabı 3:1 ediblər.
Qeyd edək ki, bu mərhələdə 4 qələbə qazanan komanda çempion olaraq kuboku muzeyinə aparacaq.
0
0