
Bu gün basketbol üzrə Türkiyə kubokunun yarımfinal mərhəlisinin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, "Fənərbaxça Beko" evində "Qalatasaray"ı qəbul edib.
Görüş meydan sahiblərinin 89:74 hesablı qələbəsi ilə nəticələnib.
Bu nəticə ilə finala adını yazdıran "sarı-lacivərdlilər" turnirin son matçında "Beşiktaş"la üz-üzə gələcək.
Qeyd edək ki, "Fənərbaxça Beko" - "Beşiktaş" görüşü fevral ayının 16-sı Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Türkiyə Kuboku
Yarımfinal
19:00. “Mersin Büyükşehir Belediyesi” - “Beşiktaş” - 63:83
(12:23, 21:16, 22:21, 8:23)
21:30. “Fənərbaxça Beko” - “Qalatasaray” - 89:74
(22:16, 20:19, 22:11, 25:28)