“Fənərbaxça” yarımfinala yüksəldi
03.06.2025 - 00:07

Türkiyə Basketbol Super Liqasında 1/4 final mərhələsinin oyunları başa çatıb.
Apasport.az xəbər verir ki, “Fənərbaxça Beko” öz meydanında “Türk Telekom”u qəbul edib.
Ev sahibləri rəqibini 101:94 hesabı ilə məğlub edərək seriyada ümumi hesabı 2:1-ə çatdırıblar və adlarını yarımfinal mərhələsinə yazdırıblar.
Qeyd edək ki, yarımfinala vəsiqə qazanan digər komandalar “Beşiktaş”, “Anadolu Efes” və “Bahçeşehir Koleji”dir.
0
0