
"Əsas hədəfimiz olan pley-offa vəsiqə qazanmağa çalışacağıq".
Apasport.az xəbər verir ki, bunu "Gəncə"nin baş məşqçisi Halil Atlı Azərbaycan Basketbol Liqasının pley-in mərhələsində "Lənkəran"la oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Mütəxəssis qalibiyyətə görə komandasını təbrik edib:
"Hər şeydən əvvəl komandamı təbrik edirəm. Çətin bir oyunda qalib gəldik. Məncə, meydançaya yetərincə konsentrasiyalı çıxa bilmədik. Son iki matçda cəza səbəbindən itkilərimiz var. Onların yoxluğunu hiss etmədən oynayırıq. Konsentrasiyamız düşdüyü anlarda bəsit xətalar buraxmağa başlayırıq. Rəqibi də mübarizəsinə görə qeyd etmək lazımdır. Evdə qalib gəlmək çox önəmlidir. Görüşün son anlarında bütün bacarığını qoyan, vacib xallar qazanan Cordan Forbsa xüsusi təşəkkürümü çatdırıram. Bizi daha bir qarşılaşma gözləyir. İnşallah, həmin matçda da qalib gəlib bu mövsüm ilk hədəfimiz olan pley-offa vəsiqə qazanmağa çalışacağıq. Bizi tribunadan dəstəkləyən azarkeşlərimizə də hər zaman olduğu kimi minnətdarıq".
Qeyd edək ki, Gəncə İdman Sarayında baş tutan "Gəncə" - "Lənkəran" matçı ev sahiblərinin 96:92 hesablı qələbəsi ilə yekunlaşıb.