İspaniya - Fransa matçında azərbaycanlı hakim
20.08.2025 - 10:56
İspaniya - Fransa matçında azərbaycanlı hakim

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ruslan Xalıqov 16 yaşadək qızlar arasında keçirilən Avropa çempionatına təyinat alıb.

Apasport.az xəbər verir ki, həmyerlimiz karyerasında ilk dəfə A divizionunun 1/4 final mərhələsinin oyununu idarə edəcək.

Xalıqov bu gün Rumıniyanın Piteşti şəhərində keçiriləcək İspaniya – Fransa matçında söz sahibi olacaq.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.