Körri 4000-ə ÇATDI
14.03.2025 - 15:35

NBA-da növbəti matçlar keçirilib.
Apasport.az xəbər verir ki, "Qolden Steyt Uorriors" “Sakramento Kinqs”lə qarşılaşıb.
Görüş meydan sahiblərinin 130:104 hesablı qələbəsi ilə başa çatıb.
“Qolden Steyt”in ulduz basketbolçusu Stefan Körri üçün bu matç əlamətdar olub.
O, karyerası ərzində üçlük atışlardan 4000-ci dəfə fərqlənib. Bu, NBA tarixində rekord göstəricidir.
Qeyd edək ki, 37 yaşlı oyunçu 2009-cu ildən “Qolden Steyt”in heyətində iştirak edir.
0
0