Lazar Spasiç: "Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir"
19.05.2026 - 13:32
"Sabah" basketbol klubuna yeni baş məşqçi təyin olunub.
Apasport.az xəbər verir ki, bu posta Lazar Spasiç gətirilib.
Mütəxəssis klubun mətbuat xidmətinə açıqlama verib:
"Sabah" kimi iddialı klubun baş məşqçisi təyin olunmaq böyük şərəfdir. Gələcəkdə birgə yaxşı nəticələr qazanmaq üçün əlimdən gələni edəcəyəm. Mənim əsas məqsədim Avropada tanınan sistem qurmaqdır. Birlikdə böyük işlər görəcəyimizə inanıram".
Qeyd edək ki, "Sabah" Spasiçlə 3 illik müqavilə imzalayıb.
- Millimiz Lüksemburqla qarşılaşacaq
- Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
- Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı
0
0