Lebron Ceyms NBA tarixinə düşdü
03.03.2024 - 15:18
NBA-da "Los Angeles Lakers" öz meydanında "Denver Nuggets" ilə qarşılaşıb.
Apasport.az xəbər verir ki, Lebron Ceyms "Los Angeles Lakers"in "Denver Nuggets"ə 114:124 hesabı ilə uduzduğu NBA matçında liqa tarixinə düşdü.
Qarşılaşmanın ikinci rübündə atdığı "basket"lə Ceyms liqa tarixində 40.000 xal həddini keçən ilk oyunçu oldu. Qarşılaşmanı 26 xalla başa vuran Ceyms ümumilikdə 40 min 17 xala çatıb.
Qeyd edək ki, "Lakers"in ulduzu Ceyms NBA-da 40.000 xal toplayan ilk oyunçu oldu.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0