Lebron Ceyms NBA tarixinə düşdü
05.03.2025 - 16:31

Amerikalı peşəkar basketbolçu Lebron Ceyms NBA tarixinə düşüb.
Apasport.az xəbər verir ki, “Los-Anceles Leykers” doğma meydanda "Nyu Orleans Pelikans"ı 136:115 hesabı ilə məğlub edib.
Görüşün ən fəallarından biri olan 40 yaşlı basketbolçu, atdığı 34 xalla qələbənin memarlarından biri olub.
Ceyms bu nəticə ilə 50 min xal səddini ötərək NBA tarixinə düşüb.
Qeyd edək ki, Lebron karyerası ərzində “Klivlend Kavalyers”, “Mayami Hit” kimi komandalarda da çıxış edib.
4
0