“Lənkəran”ın amerikalı basketbolçusu: "Liqada sözümüzü demək istəyirik"
15.10.2024 - 15:16
“Lənkəran”ın amerikalı basketbolçusu: "Liqada sözümüzü demək istəyirik"

“Hazırlıqlarımız oyun tərzimizi müəyyənləşdirməyə imkan verəcək qədər irəlliləyib. Komandanın konsentrasiyası və davamlılığı çox artıb”.

Apasport.az xəbər verir ki, bunu “Lənkəran”ın amerikalı basketbolçusu Qreqory Milton klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Amerikalı legioner yeni mövsümdə komandanın və klubun hədəflərini açıqlayıb: “Məqsədimiz parketə çıxdığımız hər oyunda qələbə qazanmaqdır. Dağın zirvəsinə qalxmaq üçün pley-offa vəsiqə qazanmağa çalışacağıq. Yeni klub olaraq liqada sözümüzü demək istəyirik. Gündən-günə bacarığıma daha da inanan komanda yoldaşlarımın olmasını nəzərə alsam, uğur qazanacağıma çox inanıram. Çox əla komandamız var və onlarsız fərdi uğurum mümkün olmayacaq”.

24 yaşlı oyunçu ölkəmiz və Lənkəranda qeyd etdiyi ilk ad günü ilə bağlı danışıb: “Hələ də Azərbaycana alışmağa çalışıram. Burda çoxlu səmimi insanların olması məni xoşbəxt edir. Lənkəran kimi kiçik şəhər bizə əlimizdə olanların dəyərini bilməyə sövq edir. Bu da işimizə köklənməyə çox kömək edir. Burda ad günümü qeyd etmək yaxşı idi. Komanda yoldaşlarımın sevgisi sayəsində özümü evimdəki kimi hiss etdim. İşimlə bağlı olaraq bu, evimdən kənarda ilk ad günüm deyil. Komandamın sonsuz qayğısını görmək çox xoş idi”.

Qeyd edək ki,  Azərbaycan Basketbol Liqasında 2024/2025 mövsümünə oktyabrın 18-də start veriləcək.

0