"Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"
19.11.2024 - 16:42
"Lənkəran"ın legioneri: "Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur"

“Lənkəran”nın basketbolçusu Emanuel Littlsın klubun mətbuat xidmətinə müsahibə verib. 

Apasport.az müsahibəni təqdim edir: 

- Millinin oyunları ilə bağlı fasilə yarandı. Bu fasilədən necə istifadə etdiz?
- Fasilə çox yaxşı keçdi. Bədənimizi istirahət etdirməyə vaxtımız oldu. Komandamız fasilə üçün Lənkəranda qaldı və təkmilləşdirməli olduğumuz şeylər üzərində çalışmaq üçün məşqlərə davam etdik. Bu, bəzi uşaqların zədələrdən sağalmasına da kömək etdi. Komandamızın həm meydanda, həm də kənarda qarşılıqlı əlaqəsi yaxşılaşır. Birlikdə məşq etməyi və vaxt-vaxt birlikdə yemək yeməyi çox sevirik.

- Lənkəranda və gəzdiyiniz digər şəhərlərimiz barədə fikirləriniz necədir?
- Ətraf mühit çox gözəldir. Lənkəranda çoxlu ətraf təsirlər olmadığı üçün, sadəcə basketbolla məşğul olmağa və diqqətimizi oyuna yönəltməyə imkanımız var. Buradakı insanlar da çox mehriban və dəstəkçidirlər. Onlar bizə sanki məşhurlarıq kimi hiss etdirirlər. Bakı isə Azərbaycanın gördüyüm ən yaxşı şəhəri ola bilər, çox gözəl bir yerdir.

- Bəs sırf Lənkəran barəsində nə düşünürsən?
- Lənkəran yaxşı bir yerdir. Mənim kimi, bir il basketbol oynamayan biri üçün burada olmağım və basketbola fokuslanmağım çox yaxşıdır. Burada ən çox sevdiyim şey, yəqin ki, kiçik Lənkəran Ticarət Mərkəzidir, çünki orda insanların həqiqətən əyləndiyini görə bilirəm. İndiyə qədər Azərbaycanda olmaqdan məmnunam.

- Geridə qalan oyunlar haqqında nə deyə bilərsiz?
- Özümüzü əvvəlki oyunlarda yaxşı hiss etdik, amma hələ ən yaxşı performansımızı sərgiləməmişik. Məncə, 2 qələbəylə bir sürpriz etdik, çünki gənc bir komandayıq və yeni bir proqramımız var. Amma planımız hamını daha çox təəccübləndirməkdir. Birlikdə oynadıqca komandamız daha güclü və yaxşı olur.

- Öz çıxışını necə dəyərləndirirsən?
- Son bir neçə oyunumda yaxşı oynadığımı hiss edirəm, amma şəxsi olaraq düzəldiləsi çox şey var. Cərrahiyyə əməliyyatı səbəbindən bir il basketbol oynamadıqdan sonra performansımla təəccüblənmişəm, amma şəxsi olaraq bilirəm ki, daha çox şey verə bilərəm və verəcəyəm. Hər gün öz yolumu tapmağa, oyun hissimi geri qaytarmağa və hər cür vəziyyətdə rahat olmağa çalışıram. Hər gün inkişaf etməyə fokuslanmışam və eyni zamanda yüksək sürətlə oynamağa, hətta daha yüksək səviyyəyə qalxmağa çalışıram, məsələn, ribaundlarda.

- “Ordu” ilə qarşıdakı matçda hədəfləriniz nədir?
- "Ordu" ilə oyunun planı sadəcə özümüz olmaqdır. Necə məşq etmişiksə elə də oynamaqdır və əminik ki, bunu etsək, qalib gələcəyik. Düzgün bir düşüncə ilə oynasaq və komanda olmağı bacarsaq, hər şeyi edə bilərik. Beləliklə, planımız çox çalışmaq, özümüz olmaq, komanda kimi oynamaq və qələbə qazanmaqdır.

- Adətən musiqi eşidəndə oyunda belə olsan rəqs edirsən. Rəqs etməyi çox sevirsən?
- Rəqs etməyi sevirəm, amma ən çox həyatı sevirəm və sevdiyim işi davam etdirmək imkanı tapdığım üçün xoşbəxtəm. Basketbol mənim xoşbəxtlik yerimdir və oynayanda sadəcə əylənirəm. Rəqs etmək sadəcə meydandakı sevincimi göstərir. Mən həmişə xoşbəxt insanam, buna görə də oyunda pis bir şey olsa belə, bu mənə sakit qalmağa kömək edir.

0