İtaliya yığması dünya çempionatının 2-ci qrup mərhələsinə qələbə ilə start verib.
Apasport.az saytı xəbər verir ki, komanda Serbiyanı məğlubiyyətə uğradıb.
ABŞ basketbolçuları turnirdə növbəti qələbəni qazanıblar. Stev Kerrin yetirmələri Monteneqronu 85:73 hesabı ilə məğlub ediblər. Qrupun digər matçında Avropanın iki güclü yığması qarşılaşıb. Litva Yunanıstanla görüşdə əziyyət çəkməyib.
Günün sürpriz nətcəsi İspaniya – Latviya görüşündə qeydə alınıb. Latışlar əzmkar qələbə qazanaraq, pley-offa yüksəlmək üçün əla şans qazanıblar.
Dünya çempionatı
2-ci qrup mərhələsi
1 sentyabr
Serbiya – İtaliya – 76:78
Almaniya – Gürcüstan – 100:73
ABŞ – Monteneqro – 85:73
İspaniya – Latviya – 69:74
Dominikan Respublikası – Puerto-Riko – 97:102
Sloveniya – Avstraliya – 91:80
Litva – Yunanıstan – 92:67
Kanada – Braziliya – 65:68
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri