Meksikalı məşqçi “Gəncə”də
12.09.2026 - 14:31
“Gəncə” basketbol komandasının məşqçilər korpusunda yeni təyinat gerçəkləşib.
Apasport.az xəbər verir ki, Martin Knejeviçin rəhbərlik etdiyi məşqçilər korpusuna meksikalı İvan Luna daxil olub.
Luna basketbolçuların fiziki və kondisyon hazırlığına nəzarət edəcək. Mütəxəssislə 2026/27 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, İvan Luna məşqçilik karyerası ərzində vətəni Meksika ilə yanaşı, Litvada da çalışıb.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0