Milli komanda üçün seçim prosesinə start verildi
23.08.2025 - 18:52
Milli komanda üçün seçim prosesinə start verildi

Zuğulba tədris idman bazasında 13 yaşlı 120 nəfər arasından seçilmiş 30 basketbolçu arasında milli komanda üçün seçim prosesinə start verilib.

Apasport.az xəbər verir ki, seçim prosesinə Azərbaycan Basketbol Federasiyasının (ABF) uşaq basketbolu üzrə baş koordinatoru serbiyalı mütəxəssis Milan Kotoraç rəhbərlik edir.

Seçimlərdə digər yerli məşqçilərimiz tərəfindən basketbolçuların texniki bacarıqları, taktiki düşüncə qabiliyyəti və fiziki hazırlıq səviyyəsi dəyərləndirilir. Baxış mərhələsinin əsas məqsədi gələcəkdə milli komandanı təmsil edə biləcək istedadlı oyunçuların müəyyənləşdirilməsi və onların inkişaf potensialının qiymətləndirilməsidir.

Qeyd edək ki, seçimlər avqustun 31-də yekunlaşacaq.