Millimiz "Airom Cup" beynəlxalq turnirində çempion olub
25.06.2025 - 17:16

Qazaxıstanın Atrau şəhərində təşkil olunmuş "Airom Cup" beynəlxalq turnirində basketbol üzrə qızlardan ibarət U-16 millimizin son oyunları baş tutub.
Apasport.az xəbər verir ki, U-16 seçməmiz turnirin son oyunlarında Qazaxıstanın "Barsy Atrau" klubuna 68:32, Rusiyanın "MBU Volqoqrad" klubuna isə 58:47 hesabları ilə qalib gələrək, "Airom Cup" beynəlxalq turnirinin çempionu olub.
Qeyd edək ki, qızlarımız bu çempionluğu bütün oyunlarını qalib tamamlayaraq qazanıblar.
0
0