Qadınlardan ibarət 3x3 yığma komandamız Paris 2024 Olimpiya oyunlarında iştirak etmək üçün təsnifat turnirlərində mübarizə aparacaq.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
Yığmamız Azərbaycanın komanda idman növlərində bu tarixi şansdan yararlanmağa çalışacaq. Qızlarımız ötən yay 3x3 basketbol üzrə keçirilmiş Dünya Qadın Seriyasının mərhələ oyunlarında qazandıqları reytinq xallarına görə təsnifat turnirinə vəsiqə əldə ediblər.
Belə ki, Dünya Qadın Seriyasında dörd dəfə mərhələ qalibi olmuş "Neftçi" klubunun və yığmamızın heyətində iştirak etmiş qadın basketbolçularımızın topladıqları yüksək reytinq xallarına görə millimiz iki təsnifat turniri keçirəcək.
Qeyd edək ki, ilk təsnifat turniri 2024 -cü ilin 17-18 aprel tarixlərində baş tutacaq. İkinci təsnifat turnirinin başlama tarixi isə 2024-cü ilin iyun ayına planlaşdırılır.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri