Millimiz İstanbula yollanıb
10.08.2025 - 22:14

Azərbaycanın qızlardan ibarət basketbol üzrə U-16 millisi Avropa çempionatı B divizionuna hazırlığın son mərhələsi üçün İstanbula yola düşüb.
Apasport.az xəbər verir ki, Ferhat Akcanın rəhbərlik etdiyi komanda yarış öncəsi təlim-məşq toplanışında taktiki, texniki və fiziki çalışmalarla yanaşı, yoxlama oyunları da keçirəcək.
Hazırlıq prosesi avqustun 18-dək davam edəcək.
0
0