Millimiz məğlub oldu
21.02.2025 - 00:29
Millimiz məğlub oldu

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

Apasport.az xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxıb.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olublar. Millimiz oyuna yaxşı baslasa da, meydan sahibləri sonradan hesabda önə keçiblər. Komandamız görüşü 79:81 hesabı ilə uduzub. Məğlubiyyət nəticəsində yığmamız sonuncu pilləyə enib.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
20 fevral

22:30. Kosovo – Azərbaycan - 81:79 (20:21, 23:20, 17:18, 21:20)
Hakimlər: Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə), Mladen Luçiç (Monteneqro)
Priştina. Gənclər və İdman Sarayı

22:30. İsveçrə – İrlandiya - 85:54 (30:16, 18:15, 19:9, 18:14)