Millimiz Niderlanda məğlub olub
22.08.2025 - 23:53
16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının B divizionunda ikinci oyununu keçirib.
Apasport.az xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təşkil olunan turnirdə yığmamızın rəqibi Niderland seçməsi olub.
Görüş komandamızın 49:81 hesablı qələbəsi ilə yekunlaşıb. İlk görüşdə İsveçə (57:84) uduzan millimiz qrupda sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan yığmasının növbəti rəqibi sabah Slovakiya olacaq.
- Millimiz Lüksemburqla qarşılaşacaq
- Azərbaycan millisi Lüksemburqa 12 oyunçu ilə yollandı
- Azərbaycanın basketbol hakimləri Avropa çempionatlarına təyinat alıblar
- Azərbaycanın U-20 basketbol millisi ilk dəfə Avropa çempionatında çıxış edəcək
- “Neftçi” Dünya Seriyasında yarımfinalın bir addımlığında dayandı
0
0