Millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb
31.05.2025 - 11:49
Millimiz təlim-məşq toplanışının ilk mərhələsini yekunlaşdırıb

Mayın 25-dən Türkiyənin Bursa şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi hazırlıq prosesinin ilk mərhələsini yekunlaşdırıb.

Apasport.az xəbər verir ki, yığma toplanış zamanı bir neçə yerli klubla yoxlama oyununda üz-üzə gəlib.

Baş məşqçi Erhan Toker bu qarşılaşmalarda bütün oyunçulara şans verib.

Bundan əlavə, milli Türkiyə çempionatında baş tutmuş "Tofaş" - "Bahçeşehir" pley-off oyununu canlı izləmək şansı da əldə edib.

Qeyd edək ki, hazırlıq prosesində əsas məqsəd 5-13 iyul aralığında Albaniyanın paytaxtı Tiranada keçiriləcək Avropa çempionatı C divizionunun oyunlarına hazırlaşmaqdır.