16 yaşadək oğlanlardan ibarət Azərbaycan milli basketbol komandası Türkiyənin Yalova şəhərində keçirilən “EVOQ Challenge Cup Pre Season Yalova” beynəlxalq mövsümöncəsi turnirində çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, millimiz qrup mərhələsində keçirdiyi üç oyunun hamısında qələbə qazanaraq finala yüksəlib.
Komandamız əvvəlcə "Viktor Sanikidze Academy Basketball"u 94:43, daha sonra "Bakırköy Kartaltepe"ni 65:54, üçüncü görüşdə isə "Eskişehir Gelişim Falcons"u 54:53 hesabı ilə məğlub edib.
Final qarşılaşmasında "Konya Diltaş Basketbol"la üz-üzə gələn millimiz 69:73 hesabı ilə məğlub olaraq turniri ikinci pillədə tamamlayıb.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri