Millimizin üzvü “Lənkəran”da
05.09.2025 - 11:44
Millimizin üzvü “Lənkəran”da

“Lənkəran” basketbol klubu heyətini yeni oyunçu ilə gücləndirib.

Apasport.az xəbər verir ki, komanda Aydın İbrahimovu transfer edib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

195 sm boya malik hücumçu daha əvvəl “Sərhədçi” və “Sabah” klublarında çıxış edib. O, həmçinin U18 milli komandamızın heyətində oynayıb, hazırda isə U20 yığmamızın üzvüdür.