"Naxçıvan"da yeni transfer
28.09.2024 - 15:16
"Naxçıvan"da yeni transfer

“Naxçıvan” basketbol klubu heyətini daha bir oyunçu ilə gücləndirib.

Bu barədə apasport.az-a bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

ABŞ-dan olan Cermeyn Marrou ilə birillik müqavilə imzalanıb. 27 yaşlı basketbolçu son olaraq Slovakiyada “BMK Handlova”nın formasını geyinib.

Naxçıvan klubu daha əvvəl Tremere Broun, Luka Petrovski, Nəzər Quliyev, Ehsan Şabani, Devon Cenkins, Ahmet Karaçelik, Papuna Kirtadze və Dmitro Juravlov ilə yeni müqavilə imzalayıb.

0