NBA: “All Star”ın qalibi bəlli olub
17.02.2025 - 12:54

NBA tarixində 74-cü dəfə keçirilən “All Star”ın qalibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, finalda əfsanəvi basketbolçular Şakil O-Nilin “Şaq” və Çarls Barklinin “Çak” komandaları üz-üzə gəliblər.
İkincilərin heyətində Türkiyə millisinin basketbolçusu Alperen Şengün də yer alıb. Rəqibini 41:25 hesabı ilə məğlub edən “Şaq” kollektivi yeni formatda təşkil olunan turnirin çempionu olub.
ABŞ-ın “Hyuston Rokets” komandasında çıxış edən Şengün həlledici qarşılaşmada meydana çıxıb. 22 yaşlı basketbolçu “All Star”ı 4 xal və 1 ribaundla tamamlayıb.
0
0