NBA: Basketbolçular arasında dava düşüb - VİDEO
03.03.2025 - 13:18
NBA: Basketbolçular arasında dava düşüb - VİDEO

NBA-da müntəzəm mövsüm davam edir.

Apasport.az xəbər verir ki, bu gün 8 matç keçirilib.

“Los-Anceles Leykers” öz meydanında “Los-Anceles Klippers”i 108:102 hesabı ilə məğlub edərək, ardıcıl 6-cı qələbəsini qazanıb. “Lakers”in ulduzu Luka Donçiç oyunu 29 xal və 9 məhsuldar ötürmə ilə başa vurub.

“San Antonio Spurs” “Oklahoma-Siti Tander”lə üz-üzə gəlib. Gərgin keçən matçda qonaqlar 132:146 hesablı qələbə qazanıb. 

Həmçinin, matçda qalmaqal yaşanıb. "Spurs"un basketbolçusu Ceremi Soçan və qonaq komandanın oyunçusu Luqentz Dort arasında dava düşüb. Tərəflər hakimlərin və texniki heyətlərin səyi ilə sakitləşdirilib. 

NBA

Müntəzəm mövsüm

“Klivlend Kavalyers” - “Portlend Treyl Bleyzers” – 133:129

“İndiana Peysers” – “Çikaqo” – 127:112

“Mayami Hit” – “Nyu-York Niks” – 112:116

“Orlando Mecik” – “Toronto Reptors” – 102:104

“Yuta Caz” – “Nyu Orlean Pelikans” – 121:128

“Los-Anceles Leykers” – “Los-Anceles Klippers” – 108:102

“Finiks Sanz” – “Minnesota” – 98:116

“San Antonio Spurs” – “Oklahoma-Siti Tander” – 132:146