"Neftçi" Avropa Kubokunda növbəti oyununa çıxacaq
12.11.2025 - 14:12
"Neftçi" Avropa Kubokunda növbəti oyununa çıxacaq

Azərbaycanın basketbol klubları FIBA Avropa Kubokunda növbəti oyunlarını bu gün keçirəcəklər.

Apasport.az xəbər verir ki, I qrupda mübarizə aparan "Neftçi" səfərdə Estoniyanın "Kalev" komandası ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da Tallindəki "Kalevi Spordihall"da start götürəcək.

Qrupun digər görüşündə "Abşeron Lions" Polşa təmsilçisi "Trefl"lə münasibətlərə aydınlıq gətirəcək. Bu görüş 22:15-də Sopotdakı "Sentennial Sport Hall"da baş tutacaq.

Qeyd edək ki, "Trefl" və "Neftçi" hərəyə 7 xalla müvafiq olaraq 1 və 2-ci yerlərdədirlər. Hərəyə 5 xalı olan "Abşeron Lions" və "Kalev" isə müvafiq olaraq 3 və 4-cü pillələrdədirlər.