“Neftçi” “Madrid”lə qarşılaşacaq
09.07.2026 - 11:57
Bu gün “Neftçi SOCAR” 3x3 basketbol komandası İspaniyanın Kaseres şəhərində start götürəcək Dünya Qadın Seriyasında mübarizəyə başlayacaq.
Apasport.az xəbər verir ki, “ağ-qaralar” A qrupundakı ilk matçında İspaniya təmsilçisi “Madrid”lə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə 22:05-da başlayacaq.
Qeyd edək ki, indiyədək keçirilmiş 12 mərhələnin yekununa əsasən, “Neftçi SOCAR” (352 xal) ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.
0
0