“Neftçi” məğlub oldu
08.03.2025 - 18:38
“Neftçi” məğlub oldu

Azərbaycan Basketbol Liqasında XVII tur davam edir.

Apasport.az xəbər verir ki, ilk qarşılaşma A qrupunda keçirilib.

Çempionatın lideri “Sabah” “Neftçi” ilə görüşüb.

Qarşılaşma Azərbaycan çempionun qələbəsi ilə başa çatıb.

B qrupunun yeganə matçında “Quba” və “Şəki” üz-üzə gəlib. Qonaq komanda 3 xal fərqi ilə qalib gəlib..

Qeyd edək ki, tura martın 9-da yekun vurulacaq.

Azərbaycan Basketbol Liqası
XVII tur
12:30. "Sabah" – "Neftçi" - 105:77 (30:22, 29:13, 22:20, 25:22)

16:00. "Quba" – "Şəki" - 63:66 (14:11, 14:20, 13:21, 22:14)