"Neftçi" "Naxçıvan"la, "Sabah" "Sərhədçi" ilə qarşı-qarşıya
03.03.2025 - 10:16
"Neftçi" "Naxçıvan"la, "Sabah" "Sərhədçi" ilə qarşı-qarşıya

Bu gün Azərbaycan Basketbol Liqasında XVI tura 2 oyunla start veriləcək.

Apasport.az xəbər verir ki, hər iki qarşılaşma A qrupunda keçiriləcək.

"Neftçi" "Naxçıvan"la, "Sərhədçi" "Sabah"la münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş saat 19:00-da start götürəcək.

Qeyd edək ki, tura martın 5-də yekun vurulacaq.