Azərbaycan Basketbol Liqasında IV tura start verilib.
Apasport.az xəbər verir ki, turun açılış matçında lider “Xəzri” Xaçmaz təmsilçisi “NTD-İndiqo”nu qəbul edib.
Qarşılaşma Bakı klubunun 71:86 (12:17, 17:30, 26:18, 16:21) hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Günün digər qarşılaşmasında “Neftçi” “Sumqayıt”a qalib gəlib. Sumqayıt Olimpiya İdman Kompleksində keçirilən görüş qonaq komandanın 90:73 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmanı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, onun müvani Mariana Vasileva, “Neftçi” futbol klubunun icraçı direktoru Fərrux Mahmudov, “Sumqayıt”ın prezidenti Riad Rəfiyev də olub.
Qeyd edək ki, IV turun növbəti görüşləri noyabrın 18-19-da keçiriləcək.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri