"Neftçi"də yeni müqavilə
22.08.2025 - 16:51

“Neftçi” ABŞ-li basketbolçusunun müqavilə müddətini yeniləyib.
Apasport.az xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
"Ağ-qaralar" Edvard Polaytla yenidən birillik müddətə anlaşıblar.
Qeyd edək ki, 28 yaşlı oyunçu ötən mövsüm də Bakı təmsilçisinin heyətində çıxış edib.
0
0