NTD ölkə kubokunun qalibi olub
30.03.2025 - 20:59
NTD ölkə kubokunun qalibi olub

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi bəlli olub. 

Apasport.az xəbər verir ki, final matçında NTD və "Gəncə" komandaları üz-üzə gəlib. 

Bakı İdman Sarayında keçirilən qarşılaşma Bakı təmsilçisinin qələbəsi ilə nəticələnib - 81:72. 

Qeyd edək ki, ötən mövsüm "Neftçi" bu titula sahib çıxıb.