
Basketbol üzrə Azərbaycan kubokunda yarımfinalın proqramı bəlli olub.
Apasport.az xəbər verir ki, finalçılar aprelin 17-də müəyyənləşək.
Günün ilk matçında NTD-İNDİQO “Xəzri” ilə qarşılaşacaq. Hər iki komandanın finala çıxmaq şansları bərabərdir. Digər cütdə isə “Neftçi” ilə “Sərhədçi” üz-üzə gələcək. Bu görüşdə “ağ-qaralar” favorit hesab olunurlar.
Qeyd edək ki, kubokun finalı aprelin 20-də olacaq. Oyun saat 15:00-da start götürəcək. Bütün oyunlar “Sərhədçi” İdman Mərkəzində keçiriləcək.
Azərbaycan kuboku
Yarımfinal
17 aprel
16:00. NTD-İNDİQO – “Xəzri”
19:30. “Neftçi” – “Sərhədçi”
Final
20 aprel