Popoviç daha 5 il “San-Antonio”da
09.07.2023 - 18:29
“San-Antonio Spörs” Qreqq Popoviçlə 5 illik yeni müqavilə imzalayıb.
Apasport.az saytı xəbər verir ki, 74 mütəxəssis baş məşqçi və basketbol əməliyyatları ilə üzrə prezident vəzifəsini tutacaq.
Təcrübəli baş məşqçi bu müqavilə nəticəsində 80 milyon dollardan çox qazanacaq. Bu, NBA tarixinin ən böyük razılaşması sayılır. Bundan əvvəl iyunda Monti Uilyams “Detroyt”la 6 illik 78,5 milyon dollarlıq anlaşma əldə etmişdi.
Qeyd edək ki, 1996-cı ildən “San-Antonio”da işləyən Popoviç komandı 5 dəfə NBA çempionu edib. O, turnirdə 1366 qələbə qazanmaqla rekorda imza atıb.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0