Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub
17.07.2025 - 20:03
Qadınlardan ibarət 3x3 millimizin Avropa Kubokundakı rəqibləri bəlli olub

3x3 basketbol üzrə Danimarkanın Kopenhagen şəhərində keçiriləcək Avropa Kubokunda iştirak edəcək qadın millimizin qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, millimiz B qrupunda Fransa və Ukrayna yığmaları ilə qarşılaşacaq.

Qızlarımızın qrupda ilk oyunu 5 sentyabr Bakı vaxtı ilə saat 13:55-də Fransa seçməsinə, ikinci oyunu isə 20:25-də Ukrayna yığmasına qarşı baş tutacaq.