“Qolden Steyt” Kris Polla gücləndi
23.06.2023 - 01:39
NBA-da mövsümün ən səs-küylü keçidlərindən biri baş tutub.
Apasport.az saytı xəbər verir ki, Kris Pol karyerasını “Qolden Steyt”də davam etdirəcək.
38 yaşlı basketbolçu bir gün əvvəl “Finiks”i “Vaşinqton”a dəyişmişdi. Pol müdafiəçi Bred Bilin əvəzinə qarşı tərəfə keçmişdi. “Qolden Steyt” növbəti addımı ataraq Cordan Pulu “Vaşinqton”a göndərərək, Krisi əldə edib. İndi komandada Stef Kerri və Kris Pol kimi iki ulduz basketbolçu yer alacaq.
Qeyd edək ki, Pol karyerası ərzində “Nyu-Orlean”, “Klippers”, “Hyuston”, “Oklohama” və “Finiks” kimi klublarda çıxış edib.
- Donçiçin 41 xalı “Leykers”i xilas etmədi – NBA-da gecənin nəticələri
- Çempionlar Liqası: “Sabah” ilk qələbəsini qazandı - YENİLƏNİB
- "Gəncə" basketbol komandasının yeni baş məşqçisi bəlli olub
- Alperen Şengündən möhtəşəm performans – NBA-da gecənin nəticələri
- Donçiçdən 52 xallıq şou – NBA-da gecənin nəticələri
0
0